İyulun 4-də Xəzər dənizində 5,5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, zəlzələ ocağı isə 20 kilometr dərinlikdə yerləşib.