Paris 2024 Yay Paralimpiya Oyunlarına ilk lisenziya qazanılıb

Paris 2024 Yay Paralimpiya Oyunlarına ilk lisenziya qazanılıb

10 İyul, 08:10 Sosial mediada paylaşın:

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Oloxan Musayev Fransanın paytaxtı Parisdə keçirilən dünya çempionatında nüvə itələmə növündə 11.74 m nəticə göstərərək 4-cü yerə çıxıb.

Oloxan Musayev bu nəticə ilə Paris 2024 Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

Qeyd edək ki, dünya çempionatında ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.

CANLI YAYIM