Gələn ilin may ayınadək Kəlbəcərə 500 ailənin köçürülməsi planlaşdırılır.
Bunu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclasında deyib.
O bildirib ki, həmin ailələrin köçürülməsi üçün aparılacaq tikinti işləri “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən təhvil veriləcək.