Ermənistanın paytaxtı İrəvan şəhərində etirazçılar Qarabağ separatçılarının sonuncu “prezidenti” Samvel Şahramanyanın qardaşı Karen Şahramanyanı döyüblər.

Qarabağdan Ermənistana köçmüş bir qrup erməni oktyabrın 20-də keçmiş qondarma rejimin İrəvandakı “nümayəndəliyi” qarşısında etiraz aksiyası keçiriblər.

Onlar daha sonra binaya daxil olublar. Etirazçılar daha sonra binadan çıxıblar.

S.Şahramanyan binanın qarşısında meqafonla etirazçılara müraciət edib. Lakin onun sözlərini dinləyən olmayıb.

Etirazçılar Karen Şahramanyana hücum edərək onu döyüblər.