Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndi şəhərindən və Kərkicahan qəsəbəsindən məcburi köçkün düşmüş azərbaycanlıların bir qrupu ilə görüşüb.

Görüşdə işğaldan azad olunan ərazilərin bərpası, yenidən qurulması istiqamətində irimiqyaslı layihələrin tezliklə Xankəndini də əhatə edəcəyini, bu şəhərdən məcburi köçkün düşənlərin evlərinə qayıdacağı deyilib. Bütün bunlarla yanaşı mina probleminin hələ də geri qayıdacaq əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı, Böyük Qayıdış prosesini ləngitdiyi vurğulanıb. Xankəndi sakinləri yurdlarına qayıtmağa, yenidən tarixi yurd yerlərində yaşamağa hazır olduqlarını bildiriblər.

Daha ətraflı videodan izləyə bilərsiniz.