Noyabrın 6-da "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin kollektivi Televiziya və Radio İşçilərinin peşə bayramı günü münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha sonra ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə qərənfillər düzülüb, Milli Qəhrəmanlar Çingiz Mustafayev, Salatın Əsgərova, həmçinin Alı Mustafayev və Fəxrəddin Şahbazovun əziz xatirəsi yad olunub. 

Bütün şəhidlərimizin unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb, dualar oxunub.