"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin kollektivi Zəfər Günü münasibətilə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Daha sonra sədr Rövşən Məmmədov və QSC kollektivi İkinci Fəxri xiyabanda torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarlarını ziyarət ediblər.