Qırğız Respublikası Milli Televiziya və Radio Korporasiyanın Baş direktoru Bolotbek Tillebayev Azərbaycan Televiziyasının qonağı olub.

Görüşdə Azərbaycan Televizya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədov və Qırğız Respublikası Milli Televiziya və Radio Korporasiyanın Baş direktoru Bolotbek Tillebayev iki qardaş ölkənin əsas televizya və radio yayımçıları olan qurumlar arasında 2022-ci ildə imzalanmış protokola uyğun olaraq edilən əməkdaşlıqdan danışıblar. İndiyə qədər bir sıra layihələrin müvəffəqiyyətlə həyata keçirildiyi, informasiya mübadiləsi, ortaq tele-körpülər, TV kontentlərin mübadiləsinin uğurla reallaşdırıldığı vurğulanıb. Türk dövlətlərinin ortaq televiziya assosasiyasının yaradılması təklifi ətrafında fikir mübadiləsi aparılıb. Sonra qonaqlar Azərbaycan Televiziyasının müasir studiyalarını gəziblər, AzTV-nin texniki imkanları ilə tanış olublar. İki qardaş televizyanın əməkdaşlığının daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.