"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC və Albaniya Radio və Televiziyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Görüşdə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədov və Albaniya Radio və Televiziyasının Baş direktoru Alfred Peza iki dost ölkənin münasibətlərində televiziyalar arasındakı əlaqələrin mühüm rol oynadığını vurğulayıb. Rövşən Məmmədov Azərbaycanda radio və televiziyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Prezident İlham Əliyevin diqqəti sayəsində televiziya və radionun maddi-texniki bazasının gücləndirildiyini, müasir studiyalar yaradıldığını, yeni və rəngarəng verilişlərlə hər gün tamaşaçıların və dinləyicililərin qonağı olduğumuzu söyləyib.

AzTV, Mədəniyyət və İdman TV-nin Azərbaycan və Beynəlxalq radioların əməkdaşlığa hazır olduqlarını bildirib.

Daha sonra albaniyalı qonaqlar AzTV-nin studiyaları, maddi-texniki imkanları ilə tanış olublar.