Çində baş verən zəlzələ 118 nəfərin həyatına son qoyub.

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Dekabrın 18-də paytaxt Pekin vaxtı ilə gecəyarı (Bakı vaxtı ilə saat 20:00) maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələnin episentrində və ətraf ərazilərdə evlərə, yollara və digər infrastrukturlara ziyan dəyib, elektrik və su təchizatında fasilələr yaranıb.

Təbii fəlakətin təsiri qonşu Çinxay əyalətində də hiss olunub.