Diplomatiya könüllüləri AzTV-nin qonağı olub.
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə nazirliyin nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri ilə görüşüb. AzTV, Mədəniyyət TV və İdman TV-nin fəaliyyəti haqqında məlumat verən QSC sədri gənclərimizin zərərli, yalan informasiyaların təsirlərindən qorunmasının ən ciddi vəzifələrdən biri olduğunu söyləyib.
Daha sonra diplomatiya könüllüləri AzTV-nin xəbərlər departamenti və müasir studiyaları ilə tanış olublar.