Pakistan Hərbi Hava Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətinin Seravan dairəsinə endirdiyi aviazərbələr nəticəsində 7 nəfər ölüb.
Bu barədə “Fars” agentliyi əyalət qubernatorunun müavininə istinadən məlumat yayıb.
Sistan və Bəlucistan qubernatorunun təhlükəsizlik üzrə müavininin sözlərinə görə, partlayış nəticəsində 3 qadın və 4 uşaq həlak olub.
Bundan əvvəl Pakistanla sərhəddə yerləşən Seravan dairəsi, Sistan və Bəlucistan əyalətlərinin bir sıra ərazilərində partlayışlar baş verdiyi barədə məlumat yayılıb.
Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İran ərazisinə endirilən zərbələri təsdiqləyərək, onların məqsədinin terrorçuların sığınacaqları olduğunu bildirib.