Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar 512 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.
O bildirib ki, müşahidəçilər 19 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir.