Perunun şimalında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Otusko vilayətində avtobusun yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində 19 nəfər həlak olub, 20-dən çox adam xəsarət alıb. Yaralılar arasında vəziyyəti ağır olanlar da var.

Qəzanın səbəbləri dəqiqləşdirilir.

Ötən ay ölkənin cənubundakı Kusko regionunda qeydə alınan avtobus qəzasında 23 nəfər həlak olmuşdu.