Vətən müharibəsi başa çatandan indiyədək işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülüb.
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Gününə həsr olunan mətbuat konfransında deyib.
O qeyd edib ki, indiyə qədər 129 min 831 hektar ərazi minalardan təmizlənib. Ümumilikdə, 116 574 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.
V.Süleymanov söyləyib ki, dünyanın 60-dan çox ölkəsində 110 milyondan çox mina basdırılıb: "Azərbaycan da mina problemi ilə üz-üzədir. 30 illik işğal dövründə düşmən torpaqlarımızda 1.5 milyona qədər mina basdırıb. Müharibədən dərhal sonra azad olunmuş ərazilərdə minalardan təmizləmə prosesi başlanıb".