Regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtıdır.

Bunu Avropa İttifaqının (Aİ) Siyasi və təhlükəsizlik komitəsinin sədri Delfin Pronk “X” sosial şəbəkə hesabında yazıb.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə “cari çağırışlar üzrə ekskursa görə” təşəkkürünü bildirən Delfin Pronk əlavə edib: “Avropa İttifaqı əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır”.