Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolu xəttində aparılmış yenidənqurma işlərindən sonra Pirşağı stansiyasının açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı Pirşağı stansiyasından qatarla “Zabrat-2” stansiyasına, oradan Bakı Dəmir Yolu Vağzalına yola düşüb.
Sonra dövlət başçısı metronun “28 May” stansiyasının qarşısında vətəndaşlarla görüşüb, onlarla söhbət edib.