Bu gün "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Akademiyasında müxbir, redaktor, radio qruplarında imtahan keçirilib.
Müdavimlər 6 aylıq tədris müddətində gördükləri işlərin hesabatını verib, sualları cavablandırıblar. İmtahanda QSC-nin sədri Rövşən Məmmədov, Akademiyanın rektoru Telli Əliyeva və müəllim heyəti iştirak edib.