Futbol üzrə Azərbaycan millisi bu gün Albaniya yığması ilə beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

Qarşılaşma Macarıstanın Sombatxey şəhərində oynanılacaq.

“Haladaş” İdman Kompleksinin stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Mihay Kaprali olacaq.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 11-də isə Qazaxıstan seçməsi ilə eyni məkanda üz-üz gələcək.