Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışında iştirak edib.
Dövlət başçısı kinoteatrın binasının rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib.
Prezident İlham Əliyev Mərkəzin açılışında iştirak edib.
Ölkə başçısı Muğam Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.