ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa işləri üzrə naziri Miroslav Layçak Minsk qrupunun həmsədrləri ilə görüşüb. Layçak həmsədrlərin sonuncu məsləhətləşmələrinin nəticələri, həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin həmsədrlərin himayəsi altında aprelin 15-i Moskvada və iyunun 20-si Vaşinqtonda keçirilən görüşləri barədə məlumatlandırılıb. Layçak Minsk prosesinə və həmsədrlərin işinə, o cümlədən sülhə və danışıqlarda əhəmiyyətli tərəqqiyə xidmət edən mühitin yaradılması və gərginliyin azaldılması üzrə tərəflərin səylərinə tam dəstək verdiyini bildirib.