akının Xətai rayonunda boya sexində baş verən yanğın söndürülüb.

Bu barədə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqə sektorunun rəisi kapitan Əlibala Əlizadə deyib.

O bildirib ki, yanğınla bağlı əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub:

"Ərazidə yanğın tam söndürülüb, lakin yüksək temperatur müşahidə olduğundan hazırda ərazidə soyutma işləri aparılır".