Kiyevdə Ukraynanın tanınmış İqtisadiyyat və menecment İnstitutunda Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri, Ukrayna Mİllətlər Assambleyasnın prezidenti Rövşən Tağıyevin mühazirəsi dinlənilib.
Çoxsaylı tələbələr və müəllim heyəti qarşısında çıxış edən R. Tağıyev “Ukraynanın daxili və xarici siyasəti, iqtisadiyyatı və Avropa ölkələri: problemlər və həlli yolları” adlı mühazirədə bir sıra təkliflər səsləndirib. O mühazirəsində Ukraynanın Avropaya inteqrasiya yolunda, problemlərdən çıxış yolunda gənclərin yüksək rolunun vacibliyindən danışıb. Mühazirəsində nümunələr gətirən R. Tağıyev tarixi vətəni Azərbaycanın son illər keşdiyi inkişaf yolunu, millətlər arası tolerantlığını və iqtisadi göstəricilərini nümunə olaraq göstrib. Mühazirə, misal gətirilən faktlar auditoriya tərəfindən maraqla qarşılanıb, sual cavab ilə davam edib. İnstitutda elmi konfransda baş tutub. Hər iki toplantıda institut direktoru Svetlana Nesteronka və bir sıra dilomatik nümauəndələr iştirak edib. İnstitutun rəsmi internet bazasında BUAK rəhbəri Rövşən Tağıyevə rəsmi təşəkkür də elan olunub.