“Bakı Metropoliteni” QSC noyabrın 24-də səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb.
AZTV.AZ QSC-nin saytına istinadla xəbər verir ki, məlumatda “Neftçilər”-“Qara Qarayev” mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkətinin “Nəriman Nərimanov”-“İçərişəhər”, “Nəriman Nərimanov”-“Dərnəgül” və əks istiqamətdə təşkil edildiyi bildirilib.
Qeyd olunub ki, hazırda “Ulduz”-“Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.
****
Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.
Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.