"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin arxivindəki əsərlərin rəqəmsallaşdırılması layihəsi çərçivəsində növbəti təlim 17-23 noyabr aralığında Ankarada, TRT kanalında baş tutacaq.

Bu məqsədlə QSC-nin sədri Rövşən Məmmədov təlimdə iştirak edəcək əməkdaşlarla görüşüb, fikir mübadiləsi aparıb.

Qeyd edək ki, AzTV-nin arxivindəki əsərlərin rəqəmsallaşdırılması layihəsi 4 may 2023 cü ildə AzTV, TRT və TİKA tərəfindən imzalanan rəsmi protokol əsasında həyata keçirilir.