Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib

Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim edilib

5 Dekabr, 12:34 Sosial mediada paylaşın:

“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda Qərbi Azərbaycan İcmasının Fəxri üzvlük sertifikatları təqdim olunub.

Sertifikatlar aşağıdakı şəxslərə verilib:

1. Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu;

2. İrəvan xanı Hüseynəli xanın nəslinin nümayəndəsi Əmir Əli Sərdar İrəvani;

3. Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zafer Sırakaya;

4. Qərargahı Brüsseldə yerləşən Ümumdünya Pan-Afrika Qadın Liderləri Hərəkatının Baş katibi Aişa Başa;

5. Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım;

6. İsveçrədə fəaliyyət göstərən Su, Ətraf Mühit və Sağlamlıq Qlobal İnstitutunun təsisçisi və baş direktoru, İsveçrə Su Tərəfdaşlığı və Asiya Su Şurasının üzvü Nidal Salim;

7. Türkiyə Böyük Millət Məclisinin üzvü Cantürk Alagöz;

8. Amerikan Dini Azadlıq Mərkəzinin rəhbəri Cannah Skott;

9. Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Orhan Erdem;

10. Rumıniyada fəaliyyət göstərən İncəsənət və İrs Assosiasiyasının prezidenti Nikoleta Zaqura;

11. Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin beynəlxalq əlaqələr və diplomatiya üzrə xüsusi müşaviri Hüseyin İşıksal;

12. Qazaxıstanın Mədəniyyət və Turizm Nazirliyi nəzdində Tətbiqi Etnosiyasi Tədqiqatlar İnstitutunun direktoru, keçmiş səfir Talqat Kaliyev;

13. Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun fəxri doktoru, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunan Quram Marxuli;

14. Türkiyədə Heydər Əliyev Avrasiya Araşdırmaları Mərkəzinin müdiri Yaşar Sarı;

15. “Economyfirst Limited London” şirkətinin direktoru, tanınmış jurnalist Klaus Peter Ralf Yürgens;

16. İtaliyanın beynəlxalq məsələlər üzrə “Opinio Juris - Hüquq və Siyasət İcmalı” jurnalının baş redaktoru və Strasburqda Avropa Gəncləri Beyin Mərkəzinin tədqiqatçısı Valentina Chabert.

CANLI YAYIM