“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrinin ilin sonuna qədər hazır olması planlaşdırılır.
Hazırda “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni tərtibatının çap olunaraq kitabxanalara paylanılması üzərində iş aparılır. Tətbiq olunan bəzi yeniliklərə görə 1000-ə yaxın söz lüğətdən tamamilə çıxarılıb. Lüğətə 4000-dək yeni söz əlavə olunub. Daxil edilən yeni sözlər isə əsasən milli və Avropa mənşəlidir.
Lüğətin 100 000-ə yaxın sayda çapı nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, lüğət 5 ildən bir orfoqrafiya normaları əsasında hazırlanaraq ictimaiyyətə təqdim olunur.
Arzu Abbaslı