Yeni il ərəfəsi həm də diləklər və onların reallaşması vaxtıdır. Bu il sosial qayğıya ehtiyacı olan uşaqların arzularının reallaşmasında hər birimiz iştirak edə bilərik. Söhbət “ASAN məktub” layihəsindən gedir.

“ASAN Məktub” layihəsi 3-14 yaş arası sosial qayğıya ehtiyacı olan uşaqların arzularının reallaşdırılması üçün bir vasitədir. İstənilən kəs şəhərin 3 hipermarketində qurulan şam ağaclarına yaxınlaşaraq üzərindəki məktublardan birini seçib arzunu çin edə bilər...

4 ildir fəaliyyət göstərən proqram çərçivəsində artıq 4000-dən çox uşağın arzusu reallığa çevrilib. Könüllülər vasitəsilə uşaqların istəkləri həmçinin elektron versiyada asanmektub.az saytında da yerləşdirilir. Vətəndaşlar sayta daxil olaraq həmin məktubları oxuya və azyaşlıların diləklərini yerinə yetirə bilərlər.

Arzu Abbaslı