Balakən rayonunda əhalinin elektrik enerjisi ilə fasiləsiz təminatı məqsədilə müvafiq işlər həyata keçirilib.

Belə ki, yüksək və alçaqgərginlikli elektrik verilişi xətlərinin yerində yeni SİB kabellər çəkilib. Köhnə və yararsız hala düşən işıq dirəkləri beton və metal dayaqlarla əvəzlənib. Yeni yaşayış məntəqələrinə sayğaclar quraşdırılıb. 2019-cu ildə Balakən elektrik şəbəkəsinin balansında olan 6/10/0.4 kV-luq 6 yeni transformator istismara verilib. 22 transformatorun isə əsaslı təmiri aparılıb. Bu istiqamətdə işlər davam etdirilir.

Abonentlərin sayının artmasını nəzərə alaraq rayonun Meşəşambul, İtitala və Kortala kəndlərini elektriklə təmin edən hava xətlərini daşıyan yeni dayaqlar quraşdırılıb. Qazma kəndində aparılan yenidənqurma işləri çərçivəsində daşıyıcı naqillər dəyişdirilib. Görülən işlər nəticəsində ən çətin hava şəraitində belə elektrik enerjisi verilişində fasilələrin yaranmasının qarşısını alınıb.

Elektrik enerjisi verilişi sahəsində keyfiyyətin artırılması üçün hazırda Püştətala kəndi ərazisində yenidən qurma və təmir işləri aparılır.

Nigar Davudova