Azərbaycan Televiziyası 2019 - “Nəsimi ili” ilə bağlı təltif olunub.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev AzTV-nin “Əsas məsələ” verilişdə olarkən televiziyanın nazirliyin ekoloji layihəsinə verdiyi informasiya dəstəyinə görə bu mükafata layiq görüldüyünü qeyd edib. Layihənin dünya ölkələrinə yayılmasında, ictimaiyyətə bu barədə operativ məlumatların çatdırılmasında AzTV-nin önəmli rolu olduğunu qeyd edən nazir müavini həm də bütün KİV nümayəndələrinə nazirlik adından minnətdarlıq edib.

Xatırladaq ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu il dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi ili” elan edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkə ərazisində 650 min ağac əkilib.