Bələdiyyə seçkilərində 41 462 namizəd mübarizə aparır. Ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Səsvermə 118 seçki dairəsi üzrə 5 min 49 seçki məntəqəsində keçirilir. Səsvermədə iştirak edəcək seçicilərin sayı 4 milyon 972 min 356 nəfərdir. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Azərbaycan Televiziyasının əməkdaşları seçkinin başladığı saatdan – 08:00-dan etibarən müxtəlif seçki dairələrində olublar. Seçici və müşahidəçilər əməkdaşlarımıza müsahibələrində seçkinin gedişatından danışıblar.