On ayda paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artaraq 845,1 manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata görə, cari ilin oktyabr ayında şəhər üzrə orta aylıq nominal əməkhaqqı 923,8 manata çatıb.

Bu, ötən ilin eyni ayı ilə müqayisədə 21,2 faiz çoxdur, cari ilin sentyabr ayı ilə müqayisədə isə 97 faiz təşkil edib.