Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, ona xalqımızın tərəqqisi naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlıq əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminlik ifadə olunub.

Bundan başqa, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qırğızıstan Prezidenti dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, ona xalqımızın rifahı naminə fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qırğızıstan arasında dostluq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə edib, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar.