Dekabrın 25-də yerli vaxtla saat 10:49-da Qobustan seysmik stansiyasından 36 kilometr cənub-qərbdə - Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanın maqnitudası 3,5, dərinliyi 5 kilometr olub.

Zəlzələ hiss olunmayıb.