Bu gündən paytaxt Bakıdan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə birbaşa hərəkət etmək mümkündür. Bu ilin ilk marşrut xətti Cocuq Mərcanlıya açılıb.
Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə isə Bakı-Cocuq Mərcanlı trayektoriyasında hərəkət ediləcək. Reysin ilk sərnişinləri arasında həm kənd sakinləri, həm də Cocuq Mərcanlıya qonaq gedənlər olub.
Bu ilin fevralından sonra isə Cocuq Mərcanlıya gecə reysi də açılacaq.
Sabir Bilalov