Yanvarın 17-dən etibarən Heydər Əliyev prospekti (Böyük Şor Qovşağı ilə kəsişmədən başlayaraq) - Mərdəkan-Zaqulba və Zığ dairəsi-hava limanı avtomagistrallarında zolaqlar üzrə sürət həddi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, dəyişikliyə əsasən, hər magistralda maksimal sürət həddi saatda 110 kilometr müyyən edilib.

Sürücülərdən yollarda diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.