NATO-nun Tərəfdaşlıq İdarəsinin təşkilatçılığı ilə Bakıda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy proqramı çərçivəsində Azərbaycanda Əməliyyat İmkanları Konsepsiyası Məlumatlar Bazası proqram təminatının yenilənməsi üzrə işçi görüşü keçirilir. Məqsəd Əməliyyat İmkanları Konsepsiyası Məlumat bazası proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi üzrə yeni təkliflərin müzakirə olunmasıdır. İyulun 11-dək davam edəcək tədbirdə 7 NATO və 6 tərəfdaş ölkə olmaqla 13 ölkədən 21 nümayəndə iştirak edir. Azərbaycan 2004-cü ildən Əməliyyat İmkanları Konsepsiyası proqramına qoşulub.