Yanvarın 26-da səhər Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) bildiriblər ki, yeraltı təkanlar yerli vaxta saat 03:43-də qeydə alınıb.
Zəlzələnin ocağı 27 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.