AzTV-nin “Xəbərlər”i birinci oldu

AzTV-nin “Xəbərlər”i birinci oldu

28 Yanvar, 10:53 Sosial mediada paylaşın:

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanda media landşaftının sosioloji tədqiqi və ictimai rəy sorğusu həyata keçirib.

Azərbaycan Televiziyasının “Xəbərlər” informasiya proqramı əhali tərəfindən ən çox izlənən xəbər verilişi seçilib. Belə ki, sorğuda iştirak edənlərin 87,6 faizi ölkədə və dünyada baş verən hadisələr haqqında məlumat almaq üçün AzTV-nin “Xəbərlər” proqramını izlədiyini bildirib.

İlk üçlükdə 60,8 faiz səslə ARB kanalının və 37,7 faiz səslə İTV-nin informasiya proqramı yerləşir.

Qeyd edək ki, Azərbaycan Televiziyasının “Xəbərlər” informasiya proqramı hər gün 13 dəfə - 08:00, 09:00, 10:00, 12:00, 14:00, 16:00, 16:30 (Mədəniyyət xəbərləri), 18:00 (rus dilində), 19:00 (Region xəbərləri), 19:30 (İqtisadiyyat xəbərləri), 20:00, 00:00, 02:00 (ingilis dilində) efirə çıxır. Bu proqramın Şimali Amerika, Şimali Afrika və ərəb ölkələri, Türkiyə (Ankara və İstanbul), Rusiya, Ukrayna, Gürcüstan, Çin və Şərqi Asiya, Qərbi Avropa ölkələri üzrə müxbir məntəqələri mövcuddur.

CANLI YAYIM