Prezident İlham Əliyev Maqomed Səidoviç Qurbanovun “Şöhrət” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, o, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.