Azərbaycanda fevralın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4°, gündüz 7-9° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Gündüz hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.