İdman TV 11 yaşını qeyd edir.

Telekanal fəaliyyətə başladığı ilk günlərdən ölkəmizdə aparılan idman siyasətinin uğurla həyata keçirilməsinə çalışır. Bu siyasətin ən mühüm tərkib hissəsi odur ki, yeniyetmə və gənclərimiz, cəmiyyətimizin bütün üzvləri idman məşğələlərinə cəlb olunsun, bununla da biz tariximizin sağlam gələcəyini təmin edə bilək. 2009-cu ilin əvvəlində Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan İdman TV illərdən bəri məhz bu mərama xidmət edir.

Həmkarlarımızı bu əlamətdar gün münasibətilə təbrik edir, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik!