İyulun 12-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

Parlamentin Sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirilib ki, gündəliyə 28 məsələ daxildir.

Oqtay Əsədov Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin qurumun son iclasındakı uğurlu iştirakına toxunub.

Sonra Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qurumun Lüksemburqda keçirilən son iclası barədə məlumat verib.