Bakı Şəhər İcra Hakimiyyəti hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Fevralın 9-dan 10-u gündüzədək paytaxtda və yarımadada güclü şimal küləyi əsəcək, sulu qar və qarın yağması, yağıntının bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperatur aşağı enəcək, yolların buz bağlayacağı ehtimal edilir. Əhaliyə daha diqqətli olmaq, iri ağacların altında maşınları saxlamamaq, tikinti aparılan ərazilərdən kənar keçmək, yaşlı insanları və uşaqları küçədə nəzarətsiz buraxmamaq və digər təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur. Paytaxtın bütün idarə və təşkilatlarına da xəbərdarlıqlar edilib. Şəhərin Mənzil Kommunal Təsərrüfatı Departamenti və digər qurumlar, texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar.