“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yanında Bədii Şura ictimai fikri öyrənmək istiqamətində ictimaiyyət nümayəndələri ilə növbəti görüşü Bakı şəhərinin Xəzər rayonunda keçirib.

Mərdəkan Mədəniyyət Sarayında baş tutan görüşdə Bədii Şuranın üzvləri - Xalq artistləri Mənsum İbrahimov, Mübariz Tağıyev, Ramiz Quliyev, Faiq Sücəddinov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Əməkdar jurnalist Flora Xəlilzadə, Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova iştirak ediblər. Bədi Şura üzvləri rayon ictimaiyyətinə Azərbaycan Televiziya və Radiosunda həyata keçirilən islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.

Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.