“Mərkəzi Seçki Komissiyasına hər hansı şikayətlə bağlı rəsmi müraciət daxil olmayıb”.

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, seçki prosesi normal gedir: “Hər hansı xoşəgəlməz hallarından olmasından sığortalanmaq olmaz. Bunlar barədə də siz, müşahidəçilər gərək bizə məlumat verəsiniz. Müşahidəçilərlə mən mütəmadi görüşürəm, zəng edirlər. Hamısı yüksək fikir söyləyirlər. Atılan addımlar nəticəsini verib”.