Prezident İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, o, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə bu ordenə layiq görülüb.

Bundan başqa, Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Sabir Gülmirzə oğlu İlyasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə isə Tahir Musa oğlu Rzayev Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.