Prezident İlham Əliyevdən məmurlara daha bir xəbərdarlıq...
Ölkə başçısı martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəz etdirib.
Prezident bildirib: “Mənə belə xüsusi kreslo qoymusunuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”.
Süjet AzTV-nin “Xəbərlər” proqramında yayımlanıb.