Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Aqil Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilə bağlı da sərəncam imzalanıb. Belə ki, Ceyhun Məmmədov İnstitutun rektoru vəzifəsindən azad edilib.