Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Canəli Xanəli oğlu Əkbərov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bu barədə bu gün Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər bir sərəncamı ilə isə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.